Bank Of Baku

Azərbaycan Mərkəzi Bankına yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankına yeni təyinat olub
# 14 iyul 2026 17:04 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankına (AMB) yeni kadr təyinatı olub.

"APA-Economics" xəbər verir ki, Azər Novruzov Mərkəzi Bankın Strateji və Əməliyyat Risklərinin İdarə Edilməsi İdarəsinin rəisi vəzifəsinə təyin olunub. O iyul ayından etibarən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Azər Novruzov 2024-cü ilin mart ayından Mərkəzi Bankda Strateji və Əməliyyat Riskləri üzrə baş mütəxəssis vəzifəsində çalışırdı. Bundan əvvəl o, 2022-ci ilin oktyabrından 2024-cü ilin martınadək ABB-də komanda rəhbəri, 2017-2022-ci illərdə isə Azərbaycan Beynəlxalq Bankında baş mütəxəssis vəzifəsində işləyib.

Azər Novruzov ümumilikdə bank sektorunda 12 ildən artıq iş təcrübəsinə malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR