Bank Of Baku

Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun “AzərTürk Bank”dan əldə edəcəyi payın həcmi məlum olub - EKSKLÜZİV

Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun “AzərTürk Bank”dan əldə edəcəyi payın həcmi məlum olub - EKSKLÜZİV
# 25 sentyabr 2026 14:45 (UTC +04:00)

Azərbaycan-Oman Birgə İnvestisiya Fondu “AzərTürk Bank” ASC-nin 25%-lik payını əldə edəcək.

Bunu “APA-Economics”ə açıqlamasında iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bildirib.

Səməd Bəşirlinin sözlərinə görə, hazırda məsələ ilkin razılaşma mərhələsindədir.

Qeyd edək ki, Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun “AzərTürk Bank”da əldə edəcəyi pay səsvermə hüququ verməyəcək.

Bununla bağlı sənəd Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində imzalanıb.

Sənədi Azərbaycan tərəfdən Azərbaycan İnvestisiya Holdinqinin icraçı direktorunun səlahiyyətlərini icra edən Dəyanət Sadullayev, Oman tərəfdən isə Oman İnvestisiya İdarəsinin G2G Fondları üzrə baş meneceri Saif Əl-Mahruqi imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR