Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 2,280 mlrd. manat xərclənib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,8% çoxdur.
Təkcə noyabr ayında əhali yanacağa 200,9 mln. manat xərcləyib ki, bu da oktyabr ayı ilə müqayisədə 22,1% azalıb, ötən ilin noyabr ayı ilə müqayisədə isə 25,2% artıb.