Azərbaycanda bankların xalis mənfəəti 18% artıb

Azərbaycanda bankların xalis mənfəəti 18% artıb
# 22 may 2024 14:10 (UTC +04:00)

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın bank sektoru 407.5 milyon manat xalis mənfəət əldə edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 18% çoxdur. 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanın bank sektoru 345.2 milyon manat xalis mənfəət əldə edib.

Bu dövrdə bankların əməliyyat mənfəəti isə 14% artaraq 585 milyon manata bərabər olub.

2024-cü ilin 4 ayında banklar tərəfindən 89.9 mln. manat məbləğində mənfəət vergisi ödənilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR