"Merkuri BOKT" QSC-nin səhmdarlarından biri dəyişib.
“APA-Economics” xəbər verir ki, səhmlərinin 50%-nə sahib olan İlqar Quluzadənin payını Məmməd Məmmədov alıb.
BOKT-un digər səhmdarı Səbuhi Əzizovun payı isə dəyişməyib və o əvvəlki kimi şirkətin səhmlərinin 50%-nə nəzarət edir.