Dövlət Gömrük Komitəsi cari ilin yanvar-sentyabr ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 112,39 % əməl edib.
"APA-Economics"in xəbərinə görə, bu barədə DGK-nın sədri Səfər Mehdiyev "Twitter"də bildirib.
"Nəzərdə tutulan proqnozdan əlavə 351,99 mln. manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub", - Komitə sədri əlavə edib.