2023-cü ilin yanvar-mart ayları ərzində İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,1% artaraq 213,8 milyon manat təşkil edib.
“APA-Economics” İqtisadiyyat Nazirliyi yaninda Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, qeyri-büdcə təşkilatları üzrə ödəmələr isə 26,2% artaraq 149,5 milyon manat olub.