Bu ilin noyabr ayında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 11,1% artıb.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, inflyasiyanın əsas drayverləri olan ərzaq məhsulları, içkilər və tütün məmulatları illik müqayisədə 14,9% bahalaşıb. Təkcə qida məhsulları noyabrda illik ifadədə 15,2%, spirtli içkilər 3,8%, tütün məmulatları 8,2%, qeyri-ərzaq məhsulları 7,1%, ödənişli xidmətlər isə 9,1% bahalaşıb.
Cari ilin ilin yanvar-noyabr aylarında ölkədə ortaillik inflyasiya 6,2% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə ortaillik inflyasiya 7,4%, təkcə qida məhsulları üzrə 7,4, spirtli içkilər üzrə 2,4%, tütün məmulatları üzrə 9,6%, qeyri-ərzaq məhsulları üzrə 4,8%, ödənişli xidmətlər üzrə isə 5,4% təşkil edib.
