Bu ilin noyabrın 30-na Azərbaycanda manatla pul bazası 14 279,1 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 2,3% azalıb.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ilin əvvəli ilə müqayisədə bu göstərici 5,3% artıb.
Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.