Bank Of Baku

Azərbaycanda ortaillik inflyasiya 6%-i keçib

Azərbaycanda ortaillik inflyasiya 6%-i keçib
# 10 dekabr 2021 12:12 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri 2020-ci ilin yanvar-noyabr aylarına nisbətən 6,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 7,4%, qeyri-ərzaq məhsulları üzrə 4,8%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,4% artıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, cari ilin noyabr ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 1,5%, əvvəlki ilin noyabr ayına nisbətən 11,1% artıb.

2021-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,9%, əvvəlki ilin noyabr ayına nisbətən 14,9% artıb.

Qeyd edilir ki, cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, çörəyin, peçenyenin, düyünün, kolbasa məmulatlarının, toyuq, mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli və sterilizə olunmuş üzlü südün, kəsmiyin, xamanın, yoqurtun, pendirin, yumurtanın, kərə yağının, süfrə marqarininin, üzümün, bananın, armudun, qozun, fındığın, xiyarın, badımcanın, bibərin, kələmin, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən portağalın, naringinin, heyvanın, xurmanın, kivinin, pomidorun və çuğundurun qiymətlərində müşahidə olunub.

2021-ci ilin noyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,5%, əvvəlki ilin noyabr ayına nisbətən 7,1% artıb

Cari ilin noyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma minik avtomobilləri üçün ehtiyat hissələrinin, şüşə məmulatlarının, yemək qablarının, mebellərin, televizorların, geyim və ayaqqabıların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların və planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində isə ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin noyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,6%, əvvəlki ilin noyabr ayına nisbətən 9,1% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR