Bu ilin oktyabrın 30-na Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin həcmi 815,9 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 6,3%, illin əvvəlindən isə 8,7% azalıb.
"APA-Economics"Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalara görə, illik müqayisədə problemli kreditlərin həcmi 18,9% azalıb. Sözügedən kreditlərin ümumi portfeldəki payı 5%-ə bərabər olub.
Qeyd edək ki, oktyabrın 30-na olan göstərici 2014-cü ilin yanvar ayından bəri qeydə alınan ən aşağı rəqəmdir. Belə ki, 2014-cü ilin yanvarın 31-nə problemli kreditləri həcmi 815,1 mln. manat təşkil edib.