2022-ci ilin yanvar-may aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 7,415 milyard manat təşkil edib.
BFB-dən "APA-Economics"ə daxil olan məlumata görə, bu da ötən ilin eyni dövrünə nisbətən 8% çoxdur.
BFB-nin dövriyyəsinin 4,135 milyard manatı dövlət qiymətli kağızlarının (7% az) payına düşüb.
Bu dövrdə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 441,137 milyon manat (3 dəfə çox), repo əməliyyatları üzrə əqdlərin dəyəri 2,839 milyard manat (24,8% çox) olub.