Bank Of Baku

Banklar kredit borclarıyla bağlı balansa götürdüyü girov əmlaklara görə 2 il vergi ödəməyəcək

Banklar kredit borclarıyla bağlı balansa götürdüyü girov əmlaklara görə 2 il vergi ödəməyəcək
# 02 noyabr 2023 11:12 (UTC +04:00)

Kredit təşkilatlarının ödənilməyən borclar müqabilində balansa götürdüyü girov əmlaklar və torpaqlar əmlak və torpaq vergilərindən güzəştli azad ediləcək.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

Layihəyə əsasən, belə aktivlərin 2 il ərzində özgəninkiləşdiriləcəyi müddətdə əmlak və torpaq vergilərindən azad edilməsi təklif olunur. Bununla kredit təşkilatlarının sabit vergi xərcləri azaldılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR