Bank Of Baku

Beynəlxalq idman yarışları ilə bağlı vergi güzəşti tətbiq ediləcək

Beynəlxalq idman yarışları ilə bağlı vergi güzəşti tətbiq ediləcək
# 02 noyabr 2023 11:08 (UTC +04:00)

Beynəlxalq idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) üçün vergi güzəşti tətbiq ediləcək.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

Layihəyə əsasən, beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) tərəfindən verilən mükafatların tam dəyəri gəlir vergisindən azad ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR