Bank Of Baku

BFB-də AMB-nin 100 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 100 mln. manatlıq notları yerləşdirilib
# 04 iyun 2019 17:24 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən APA-ya verilən məlumata görə, AMB-nin 50100676S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 29 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99,4587 AZN (6,76%) olan 19 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 571 464 800 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,4587 AZN (6,76%), orta ölçülmüş qiyməti 99,4587 AZN (6,76%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 mln. AZN təşkil edib.

Notların ödəmə tarixi 03.07.2019-cu il.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR