BFB-nin İdarə Heyətinin sədri: Hazırda kripto bazarı ilə bağlı plan yoxdur

BFB-nin İdarə Heyətinin sədri: Hazırda kripto bazarı ilə bağlı plan yoxdur
# 19 sentyabr 2024 11:46 (UTC +04:00)

Fundamental bazar məhsullarını dərinləşdirmədən birdən-birə rəqəmsal məhsullara keçmək çətindir.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov deyib.

O, qeyd edib ki, insanların bu barədə maarifləndirmə tədbirlərinin aparılması, rəqəmsal transformasiya istiqamətində infrastrukturun qurulması tamamlanmalıdır:

"Həm də kripto bazarı və digər rəqəmsal həllərin tətbiqi təkcə bizdən asılı məsələ deyil. Bazarın tənzimləyicisi olan Mərkəzi Bankın özünün dayandığı qanunvericilik var. Bu proses yuxarıdan açağıya doğru olmalıdır. Amma hətta bu tənzimləmə və digər məsələlər tam həll edilsə, bunun özü belə bazarın tam hazır olduğu demək deyil. Hazırda hələ heç səhm bazarında ikinci bazar demək olar ki, yoxdur. Səhv etmirəmsə, oktyabr ayından ikinci bazar açılacaq. O ikinci bazar yetişdikcə, səhm və istiqraz bazarı dərinləşdikcə kripto bazarı ilə də bağlı geniş formada düşünmək olar. Amma bu dəqiqə bununla bağlı plan yoxdur".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR