Bank Of Baku

Bu il nəqliyyat və anbar təsərrüfatı sektorunda maliyyə axını 2.9 dəfə artıb

Bu il nəqliyyat və anbar təsərrüfatı sektorunda maliyyə axını 2.9 dəfə artıb
# 08 aprel 2023 10:15 (UTC +04:00)

2023-cü ilin birinci rübündə nəqliyyat və anbar təsərrüfatı iqtisadi fəaliyyət sahəsi üzrə ödəniş daxilolmaları ötən ilin eyni rübünə nəzərən 2.9 dəfə və ya 720 mln. manat artaraq 1,098 mln. manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu sahə üzrə artıma töhfə verən əsas qruplar poçt fəaliyyəti (497.6 mln. manat), hava nəqliyyatı vasitəsilə sərnişinlərin daşınması (79.2 mln. manat) və şəhərlərarası dəmiryolu xətti ilə sərnişin daşınması (38.4 mln. manat) olub.

Qeyd edək ki, sektorda yeganə azalma quruyol nəqliyyatının fəaliyyəti (-4.8%) qrupunda qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR