Bank Of Baku

Bu ilin I yarısında Azərbaycana xaricdən pul köçürmələri 31%-dən çox azalıb

Bu ilin I yarısında Azərbaycana xaricdən pul köçürmələri 31%-dən çox azalıb
# 30 iyul 2024 16:09 (UTC +04:00)

2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 893.1 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 259.3 milyon manata bərabər olub.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-iyun aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 31.3% və ya 406.8 milyon manat, banklardan xaricə köçürmələr isə 19% və ya 61 milyon manat azalıb.

Qeyd edək ki, ötən ilin I yarısında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 1 milyard 299.9 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 320.3 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR