Beynəlxalq Valyuta Fondu 2023-cü ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏB) ümumdaxili məhsulda (ÜDM) payı ilə bağlı proqnozunu yeniləyib.
"APA-Economics" xəbər verir ki, bu barədə Fondun "Dünya iqtisadi baxış" hesabatında bildirilib. BVF hesab edir ki, CƏB-in ÜDM-də payı bu il 2022-ci ildəki 30,5%-dən 19,2%-ə qədər azalacaq. Fond 2024-cü ildə isə bu göstəricinin 17,4%, 2028-ci ildə 8,0% təşkil edəcəyini proqnozlaşdırıb.