Bank Of Baku

Əcnəbilərin Azərbaycan banklarındakı əmanətləri azalıb

Əcnəbilərin Azərbaycan banklarındakı əmanətləri azalıb
# 02 mart 2020 10:48 (UTC +04:00)

Bu il fevralın 1-nə Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında qeyri-rezidentlərin əmanətlərinin həcmi 423,1 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu kateqoriyadan olan əmanətlərin məbləği ilin əvvəlindən 11,1 mln. manat və ya 2,6% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə əmanətlərin məbləğində 362,1 mln. manat və ya 46,1% azalma qeydə alınıb.

Bu il fevralın 1-nə qeyri-rezidentlərin Azərbaycan fəaliyyət göstərən kommersiya banklarındakı əmanətlərinin 302,4 mln. manatı və ya 71,5%-i xarici valyutada yerləşdirilib.

Qeyd edək ki, 1 fevral 2020-ci il tarixinə fiziki şəxslərin (rezident və qeyri-rezident) Azərbaycan kommersiya banklarındakı cəmi əmanətlərinin məbləği 8 588,5 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR