Dünya Bankı Azərbaycana birbaşa xarici investisiyalarla bağlı proqnozunu yeniləyib.
"APA-Economics" Bankın “Avropa və Mərkəzi Asiya İqtisadi Yeniləmə” hesabatında istinadən xəbər verir ki, Azərbaycanda birbaşa xarici investisiyaların ümumdaxili məhsulda payı (ÜDM) 2022-ci ildə 1,6% azalacaq.
Dünya Bankının proqnozuna görə, birbaşa xarici investisiyaların ÜDM-də payının azalması 2023 və 2024-cü illər üzrə 1,1% təşkil edəcək.