Paşha Bank
Bank Of Baku

OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
# 13 oktyabr 2026 16:13 (UTC +04:00)

Bu ilin sentyar ayında Azərbaycanda orta hesabla gündəlik xam neft hasilatı 448 min barel səviyyəsində olub ki, bu da aylıq müqayisədə 6 min barel artım deməkdir.

"APA-Economics"in Neft İxrac Edən Ölkələr Təşkilatının aylıq hesabatına istinadən verdiyi məlumata görə, avqust ayında qeyd olunan göstərici 442 min barel səviyyəsində olub.

Məlumata əsasən, ilin birinci rübündə Azərbaycanda orta hesabla gündəlik xam neft hasilatı 454 min barel, ikinci rübündə 456 min barel, üçüncü rübündə isə 449 təşkil edib. Beləliklə, ilin üçüncü rübündə qeyd olunan göstərici 7 min barel azalıb.

Bildirilir ki, 2025-ci ildə Azərbaycanda orta hesabla gündəlik xam neft hasilatı 461 min barel olub, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 20 min barel azdır.

Xatırladaq ki, Azərbaycan “OPEC+” razılaşmasının iştirakçısıdır. “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsdür. “OPEC+” ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-cı ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

Beləliklə, Azərbaycan sentyabr ayında "OPEC+" çərçivəsində kvotasından 103 min barel geri qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR