Milli Məclisin bu gün keçirilən plenar iclasında birinci oxunuşda “İcra haqqında qanuna” dəyişiklik müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, kölgə iqtisadiyyatının aradan qaldırılması üzrə mübaruzənin gücləndirilməsi məqsədilə hazırlanmış layihədə vergi borcu ilə bağlı siyahıya alınmış əmlakların satışının daha effektiv təşkili üçün daşınar və daşınmaz əmlakların satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etməyin vergi orqanlarının hüquqlarına aid edilməsi nəzərdə tutulub.
Eyni zamanda layihədə hərracın təşkilatçısı kimi Əmlak məsələləri Dövlət xidməti yanında hərracın təşkili üzrə Auksion Mərkəzinin vergi borcu ilə bağlı siyahıya alınmış əmlakların satışı məqsədilə hərracı vergi orqanını sifarişi əsasında həyata keçirməsi, həmçinin vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakı vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron qaydada həyata keçirən ticarət şəbəkəkələrində) satıla bilməsi nəzərdə tutulub.
Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.
Dəyəri 5000 manatadək olan daşınar əmlakın vergi borcuna görə satışı qaydası müəyyənləşir
17 noyabr 2021 16:09 (UTC +04:00)
Maliyyə
Bu günə olan valyuta məzənnələri
09:19
7 may 2024
Azərbaycan Mərkəzi Bankı beynəlxalq təşkilata üzvlüklə bağlı müraciət edib
17:05
6 may 2024
Unibank kredit faizini aşağı salıb, kredit məbləği və müddəti artırıb
15:56
6 may 2024
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
15:47
6 may 2024