Bank Of Baku

DGK büdcə ödənişlərini 30%-dən çox artırıb

DGK büdcə ödənişlərini 30%-dən çox artırıb
# 10 iyun 2019 11:09 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 733 497,4 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 30,7% çoxdur.

"APA-Economics"in DGK-yə istinadən verdiyi məlumata görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 18,3% artaraq 403 938,7 min manat olub.

Həmçinin, yanvar-mayda ƏDV üzrə daxilolmalar 31,2% artaraq 1 196 511,8 min manat, aksizlər üzrə 2 dəfə artaraq 116 204,8 min manat, yol vergisi üzrə daxilolmalar isə 17,8% artaraq 16 842,1 min manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR