Bank Of Baku

Dövlət büdcəsinə ödənilən artıq ödənişlərin həcmi 2 mlrd. manatı ötüb

Dövlət büdcəsinə ödənilən artıq ödənişlərin həcmi 2 mlrd. manatı ötüb
# 07 avqust 2026 16:34 (UTC +04:00)

Bu ilin iyulun 1-i tarixinə dövlət büdcəsinə ödəniləcək vəsaitin həcmi 4 050,4 milyon manat təşkil edib.

APA-Economics” bu barədə Maliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir.

Belə ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 741,6 milyon manat və ya 22,4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 556,7 milyon manat və ya 15,9% artıb.

Onu da qeyd edək ki, həmin tarixə dövlət büdcəsinə ödənilən artıq ödənişlərin həcmi 2 milyard 861,1 milyon manat olub.

Bu məbləğ ilin əvvəli ilə müqayisədə 460,4 milyon manat və ya 19,2%, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 142,3 milyon manat və ya 5,2% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR