Bank Of Baku

Əhali ərzaq alışını ötən ayın maksimumundan sonra 1,5% azaldıb

Əhali ərzaq alışını ötən ayın maksimumundan sonra 1,5% azaldıb
# 10 dekabr 2021 12:37 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə ərzaq məhsullarına 18,842 mlrd. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,7% çoxdur.

Təkcə noyabr ayında əhali ərzaq məhsullarına 1,977 mlrd. manat manat xərcləyib ki, bu da oktyabr ayı ilə müqayisədə 1,5% azalıb.

Xatırladaq ki, ötən ay əhalinin ərzaq məhsullarına xərcləri bu ilin ən yüksək aylıq göstəricisi (2,006 mlrd. manat) kimi qeydə alınmışdı və bu il ilk dəfə 2 mlrd. manatı keçmişdi. Ötən il sözügedən aylıq göstərici 2 mlrd. manat həddini dekabr ayında keçmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR