Bank Of Baku

Əhali ötən ay əczaçılıq məhsullarına 93 mln. manat xərcləyib

Əhali ötən ay əczaçılıq məhsullarına 93 mln. manat xərcləyib
# 10 dekabr 2021 17:04 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına istehlakçılar tərəfindən 851,2 mln. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 31,2% çoxdur.

Cari ilin təkcə noyabr ayında satışların həcmi oktyabr ayı ilə müqayisədə 20,9% artaraq 92,6 mln. manata çatıb.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR