Bank Of Baku

Ermənistan Rusiyadan asılılığı azaltmaq üçün xarici ticarət əlaqələrini aktiv şəkildə şaxələndirir

Ermənistan Rusiyadan asılılığı azaltmaq üçün xarici ticarət əlaqələrini aktiv şəkildə şaxələndirir
# 03 noyabr 2023 13:51 (UTC +04:00)

Ermənistan Rusiyadan asılılığı azaltmaq üçün xarici ticarət əlaqələrini aktiv şəkildə şaxələndirir.

APA-Economics”in “Sputnik Armeniya”ya istinadən verdiyi məlumata görə, parlamentdə büdcə müzakirələri zamanı iqtisadiyyat naziri Vahan Kerobyan Avropa İttifaqının aparıcı üzv ölkələri ilə ticarətin artdığını bəyan edib.

Nazirin sözlərinə görə, o cümlədən Fransa ilə ticarət dövriyyəsi 53%, Almaniya ilə 40%, Hollandiya ilə 44% artıb.

Ümumilikdə 9 ay ərzində Aİ ilə ticarət dövriyyəsi 40% artaraq 2,1 mlrd. dollara çatıb. Beləliklə, Aİ Ermənistanın Rusiyadan sonra ikinci ən böyük ticarət tərəfdaşı olub.

Qeyd olunur ki, hesabat dövründə Ermənistanın Rusiya Federasiyasının özü ilə ticarət dövriyyəsi 50%, Avrasiya İqtisadi Birliyi ilə isə 44% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR