Bank Of Baku

Gömrük xətti ilə büdcə daxilolmalarının strukturu açıqlanıb

Gömrük xətti ilə büdcə daxilolmalarının strukturu açıqlanıb
# 22 aprel 2025 13:55 (UTC +04:00)

2025-ci ilin yanvar-mart aylarında gömrük xətti ilə büdcə daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.7% azalaraq 1 milyard 430 milyon 528 min manat təşkil edib.

"APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 399,349 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 1.2% az), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 964,478 milyon manat (4.3% az), aksizlər üzrə daxilolmalar 55,446 milyon manat (14% çox), yol vergisi üzrə daxilolmalar isə 11,253 milyon manat (18.9% çox) təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR