Bank Of Baku

Gömrük xətti ilə büdcə gəlirləri 25%-dən çox artıb

Gömrük xətti ilə büdcə gəlirləri 25%-dən çox artıb
# 10 aprel 2023 16:14 (UTC +04:00)

Bu ilin birinci rübündə gömrük xətti ilə büdcə daxilolmaları ötən ilin eyni dövrünə nisbətən 25,4% artaraq 1 544,97 milyon manata çatıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu dövrdə gömrük rüsumları üzrə daxilolmalar 366,082 milyon manat (21 % çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 1 120,934 milyon manat (26,2 % çox), aksizlər üzrə daxilolmalar 43,988 milyon manat (50,7 % çox), yol vergisi üzrə daxilolmalar isə 13,965 milyon manata (15,1% çox) bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR