Bank Of Baku

Gürcüstandan Azərbaycana pul köçürmələri kəskin artıb

Gürcüstandan Azərbaycana pul köçürmələri kəskin artıb
# 15 yanvar 2024 17:58 (UTC +04:00)

2023-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycandan Gürcüstana 46 milyon dollar dəyərində pul köçürmələri baş tutub.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının dərc etdiyi statistikada bildirilib.

Qeyd olunub ki, bu göstərici 2022-ci illə müqayisədə 9,2 milyon dollar və ya 16,6% azdır. 2022-ci ilin 12 ayı ərzində Azərbaycandan Gürcüstana 55,2 milyon dollar dəyərində vəsait göndərilib.

2023-cü il ərzində Gürcüstandan Azərbaycana pul köçürmələri isə əvvəlki illə müqayisədə 11,2 milyon dollar və ya 44,6% artaraq 36,3 milyon dollara çatıb. 2022-ci ildə bu göstərici 25,1 milyon dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR