İcmal büdcənin gəlirləri və xərcləri yeni qaydada müəyyənləşdirilir

İcmal büdcənin gəlirləri və xərcləri yeni qaydada müəyyənləşdirilir
# 08 dekabr 2021 10:32 (UTC +04:00)

İcmal büdcənin gəlirləri və xərcləri dəqiqləşdirilir.


APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Büdcə sistemi haqqında” qanuna təklif edilən yeni - 1.1.31-1 və 1.1.31-2-ci maddələrdə əksini tapıb.
Layihəyə əsasən, icmal büdcənin gəlirləri dövlət büdcəsinin gəlirləri (Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert istisna olmaqla), Azərbaycan Respublikasının Dövlət Neft Fondunun gəlirləri, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri (dövlət büdcəsindən verilən dotasiya istisna olmaqla), dövlət sosial müdafiə fondunun gəlirləri (dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait və dövlət büdcəsindən maliyyələşən təşkilatların məcburi sosial sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği istisna olmaqla), işsizlikdən sığorta fondunun gəlirləri (dövlət büdcəsindən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği istisna olmaqla) formalaşacaq.
İcmal büdcənin xərcləri isə dövlət büdcəsinin xərcləri (Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği çıxılmaqla), Azərbaycan Respublikası Dövlət Neft Fondunun xərcləri, Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri (dövlət büdcəsindən verilən dotasiyanın məbləği çıxılmaqla), dövlət sosial müdafiə fondunun xərcləri (dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait və dövlət büdcəsindən maliyyələşən təşkilatların məcburi sosial sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği çıxılmaqla), işsizlikdən sığorta fondunun xərcləri (dövlət büdcəsindən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği çıxılmaqla) müəyyən ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR