Paşha Bank
Bank Of Baku

İdxalı 3 il müddətində ƏDV və gömrük rüsumlarından azad ediləcək dartıcı, qoşqu və yarımqoşqular müəyyənləşir

İdxalı 3 il müddətində ƏDV və gömrük rüsumlarından azad ediləcək dartıcı, qoşqu və yarımqoşqular müəyyənləşir
# 27 noyabr 2026 11:46 (UTC +04:00)

Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-6 ekoloji normalarına cavab verən və istehsal tarixindən 7 ildən artıq müddət keçməyən dartıcıların, habelə istehsal tarixindən 7 ildən artıq müddət keçməyən qoşquların və yarımqoşquların idxalı 2027-ci il fevralın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azad ediləcək.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

“Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişikliyə görə isə istehsal tarixindən 7 ildən artıq müddət keçməyən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən qoşquların və yarımqoşquların idxalı 2027-ci il fevralın 1-dən 3 il müddətinə gömrük rüsumlarından azad ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR