"Bank Melli İran"ın Bakı filialı 2023-cü ilin birinci rübü üzrə maliyyə hesabatını açıqlayıb.
“APA-Economics” hesabata istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında bankın faiz gəlirləri 797 853 manat (ötən ilin eyni dövrünə nisbətən 12,7% az), faiz xərcləri 19,02 min manat (75,6% az), xalis faizləri 797 834 manat (4,4% az) təşkil edib.
Bankın aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmaları 140,3 min manat, xarici valyuta əməliyyatları üzrə gəlirləri 113,6 min manat, haqq və komissiya gəlirləri 30,7 min manat, digər gəlirləri 2,1 min manat olub.
Filialın xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xərcləri 63,03 min manat, haqq və komissiya xərcləri 29 min manat, inzibati xərcləri isə 497,3 min manata bərabər olub. Filial bu ilin birinci rübündə mənfəət vergisi ödəməyib.
Nəticədə, "Bank Melli İran"ın Bakı filialı 2023-ci ilin birinci rübünü 621,3 min manat xalis mənfəətlə başa vurub ki, bu da bir il əvvələ nisbətən 2,3 dəfə çoxdur. Ötən il eyni dövründə Filial 268,8 min manat xalis mənfəət açıqlamışdı.
2023-ci il aprelin 1-nə Bankın cəmi aktivləri 6,3% artaraq 102,352 milyon manata çatıb, o cümlədən müştərilərə verilmiş kreditləri isə 10,7% və ya 1,02 milyon azalaraq 8,448 milyon manata enib. Filialın cəmi öhdəlikləri 8,6% artaraq 64,445 milyon manata, cəmi kapitalı isə 1,8% artaraq 37,906 milyon manata yüksəlib.