Bank Of Baku

İşğaldan azad olunmuş ərazilərdə bank konfransı keçirilə bilər

Zakir Nuriyev

© APA | Zakir Nuriyev

# 08 dekabr 2021 12:13 (UTC +04:00)

Azərbaycan Banklar Assosiasiyası (ABA) Qarabağ Dirçəliş Fondu və ölkədə fəaliyyət göstərən kommersiya bankları ilə birlikdə işğaldan azad olunmuş ərazilərdə bank konfransının keçirilməsini planlaşdırır.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABA Prezidenti Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, Bakıda keçirilən Beynəlxalq Bankçılıq Forumunda bir neçə məsələ müzakirə olunacaq: sözügedən ərazilərdə maliyyə bank xidmətlərinin təqdim edilməsi, bu ərazilərə yeni investisiyaların cəlb edilməsi, burada fəaliyyət göstərən və göstərəcək hüquqi və fiziki şəxslər üçün zəruri olan investisiyalar və bank xidmətləri.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR