“Hesablama Palatasının hesabatının müzakirəsi zamanı səsləndirilən təkliflər əsasında islahatların yeni paketi hazırlanmalıdır”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Hesablama Palatasının illik hesabatı haqqında” məsələnin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
Əli Məsimli qeyd edib ki, auditlərin əhatəsi genişləndirilməlidir: “Qanunvericiliyə müvafiq dəyişikliklər edilməlidir. Bundan ötrü 3 ciddi suala cavab verməliyik. Nəyi, niyə və hansı istiqamətdə təkmilləşdirməliyik? Biz mütləq Büdcə Məcəlləsini qəbul etməliyik. İkincisi, qanun pozuntularının əsas hissəsi dövlət satınalamaları ilə bağlıdır. Buna görə də bununla bağlı qanun layihəsi təkmilləşdirilməlidir. Korrupsiya ilə mübarizə sahəsində yüksək ranqa malik olan məmurların da korrupsiya əməllərinin qarşısını almaq üçün işlərə başlamaq lazımdır. İndiyə kimi yalnız orta ranqa aid məmurlara qarşı korrupsiya ilə mübarizə sahəsində işlər görülür”.
Millət vəkili qeyd edib ki, büdcəyə bərpa olunan məbləğlərin həcminin artırılması üçün işlər təkmilləşdirilməlidir.