Bank Of Baku

Maliyyə naziri büdcə gəlirlərinin azalmasının səbəbini açıqlayıb

Maliyyə naziri büdcə gəlirlərinin azalmasının səbəbini açıqlayıb
# 02 noyabr 2023 14:22 (UTC +04:00)

Maliyyə naziri Samir Şərifov 2024-cü ilin büdcə gəlirlərinin 2023-cü və 2022-ci ilə nisbətən azalmasına münasibət bildirib.

APA xəbər verir ki, maliyyə naziri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı deyib ki, büdcə gəlirlərinin azalmasının səbəbləri bəllidir.

Samir Şərifov qeyd edib ki, bunun səbəbi neft sektorunda hasilatın azalmasıdır: “Qaz sektorunda isə artımlar var. Burada hər hansı gözlənilməyən məsələ yoxdur. Bunu gəlirlərin azalması kimi təqdim etmək doğru olmaz. Qeyri-neft sektoru üzrə gəlirlərimizi artırmalıyıq. Bu sahədə tərəqqi var, amma inkişaf etdirilməlidir. Qeyri-neft sektoru üzr gəlirlər artmaldır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR