“Bütün problemləri eyni zamanda həll etməyə heç bir dövlətin maddi imkanı çatmaz. Azərbaycan da burada istisna deyil”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, heç şübhəsiz ki, müəyyən edilən hədəflərin təmin edilməsi üçün bizə müəyyən resurs zərfi lazımdır: “Bunun üçün həm maliyyə resursları, həm intellektual, həm də texniki resurslara ehtiyac yaranacaq”.
Nazir qeyd edib ki, bir çox publik hüquqi şəxslər vaxtilə dövlət büdcəsinin tərkib hissəsi olub və bu gün onların statusu dəyişdirilib: “Bu gün bu proses davam edir. Müəyyən edilib ki, təhsil sahəsində əksər müəssisələr publik hüquqi şəxs statusuna malik olacaq və onların maliyyələşməsi başqa prinsiplər əsasında qurulacaq”.
Maliyyə naziri: “Təhsil müəssisələrinin maliyyələşməsi başqa prinsiplər əsasında qurulacaq”
© APA | Samir Şərifov, maliyyə naziri
23 noyabr 2021 17:31 (UTC +04:00)
Maliyyə
Azərbaycan Mərkəzi Bankı beynəlxalq təşkilata üzvlüklə bağlı müraciət edib
17:05
6 may 2024
Unibank kredit faizini aşağı salıb, kredit məbləği və müddəti artırıb
15:56
6 may 2024
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
15:47
6 may 2024
ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb
14:48
6 may 2024