Azərbaycan pandemiyadan güclü adaptasiya ilə çıxdı və bu adaptasiyanı şərtləndirən rəqəmsallaşma prosesləri ölkədə sürətlə davam edir.
"APA-Economics"in məlumatına görə, bunu V Beynəlxalq Bankçılıq Forumunda çıxış edən "Mastercard" şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakar deyib.
Onun sözlərinə görə, əgər əvvəllər Azərbaycanda bazarın 80%-i təmassız və ya telefonlar vasitəsi ilə ödənişlər etmək mümkün idisə, hazırda bir sıra texnologiyaların ölkədə tətbiqi nəticəsində bazar tam əhatə olunub.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) beynəlxalq kart təşkilatları ilə effektiv əməkdaşlıq çərçivəsində "Mastercard" ilə bu ilin aprelində Anlaşma Memorandumu imzalayıb.