Mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulacaq.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mədəniyyət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Rüsumların məbləği “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə olacaq. “Dövlət rüsumu haqqında” qanuna əlavə edilən yeni – 18.78-ci maddəyə əsasən, mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsinə görə 20 manat dövlət rüsumu tutulacaq.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Mədəni sərvətlərin ixracına şəhadətnamə verilməsinə görə dövlət rüsumu tutulacaq
17 noyabr 2021 16:20 (UTC +04:00)
Maliyyə
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
4 may 2024
Mərkəzi Bank Naxçıvan İdarəsi üzrə proseslərin mərkəzləşdirilməsinə başlayıb - EKSKLÜZİV
16:27
3 may 2024
Ötən il Azərbaycanda Gürcüstan bankının törəməsinin xalis mənfəəti 18% azalıb - Hesabat
14:36
3 may 2024
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən 5 mln. dollar kredit cəlb edib
14:22
3 may 2024