Bank Of Baku

Mərkəzi Bank "Algoritma" MMC-yə icrası məcburi göstəriş verib

Mərkəzi Bank "Algoritma" MMC-yə icrası məcburi göstəriş verib
# 03 avqust 2026 13:56 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı elektron pul təşkilatı - "Algoritma" MMC-yə icrası məcburi olan göstəriş verib.

APA-Economics” bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Belə ki, Azərbaycan Mərkəzi Bankının “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.3-cü bəndi ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, habelə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq "Algoritma" MMC-yə icrası məcburi olan göstəriş verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR