Bank Of Baku

Mərkəzi Bankın sədri: Vergi güzəşti bitdikdən sonra fiziki şəxslərin depozitlərində artım tempi azalıb

Mərkəzi Bankın sədri: Vergi güzəşti bitdikdən sonra fiziki şəxslərin depozitlərində artım tempi azalıb
# 02 noyabr 2023 12:36 (UTC +04:00)

Cari ildə fiziki şəxslərin əmanətlərində de-dollarlaşma davam edib. Fiziki şəxslərin xarici valyuta olan depozitləri 4,1 faiz bəndi azalaraq 35%-ə düşmüşdü.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

Taleh Kazımov qeyd edib ki, narahatlıq doğuran əsas məsələ fiziki şəxslərin əmanətlərin strukturudur: “Bu ilin fevral ayında vergi güzəşti bitdikdən sonra fiziki şəxslərin 30 min manata olan depozitlərində artım tempi azalıb. Vergi Məcəlləsində təklif olunan dəyişiklərdə bu fiziki şəxslərin stimullaşdırılması təklif olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR