“Naxçıvan Muxtar Respublikasının 2022-ci il üçün büdcəsinin gəlir və xərcləri 8 milyon manat artırılıb”.
APA-nın məlumatına görə, bunu bu Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (üçüncü oxunuş) qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisad siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
T. Mirkişili deyib ki, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri 577,6 milyon manat olacaq.