Bank Of Baku

Nazir müavini: Azərbaycanın AQEM-ə sədrliyi dövründə iqtisadi inkişaf diqqət mərkəzində olub

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov

© APA | Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov

# 01 oktyabr 2026 10:55 (UTC +04:00)

Rəqəmsallaşma və əlaqələndirmə regional inteqrasiyanın əsas istiqamətlərindəndir.

APA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunun panel sessiyasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Azərbaycanın AQEM-ə sədrliyi dövründə iqtisadi inkişaf, rəqəmsal sistemlər, nəqliyyat şəbəkələri və ekoloji dayanıqlılıq istiqamətlərində sektorlararası əməkdaşlığın inkişaf etdirilməsi diqqət mərkəzində olub.

“Əlaqələndirmə və rəqəmsallaşma bizim missiyamızın əsas istiqamətlərindəndir. Dayanıqlı, müasir və yaşıl yüksək səviyyəli infrastrukturların inkişafı Asiyada iqtisadi inteqrasiyanın və insanlar arasında əlaqələrin gücləndirilməsinin əsas addımlarıdır”, – nazir müavini vurğulayıb.

Saməddin Əsədov bildirib ki, Azərbaycanın sədrliyi çərçivəsində məlumatların mühafizəsi, kibertəhlükəsizlik, nəqliyyatın rəqəmsallaşdırılması və rəqəmsal transformasiya sahələrində bir sıra çoxtərəfli təşəbbüslər həyata keçirilib.

“Bu platformalar nazirlikləri, tənzimləyici qurumları, logistika operatorlarını və texnologiya liderlərini bir araya gətirib, birbaşa dialoq və praktiki əməkdaşlıq üçün imkan yaradıb”, – o bildirib.

Nazir müavini qeyd edib ki, Azərbaycanın sədrliyi çərçivəsində məlumatların qorunmasının gücləndirilməsi, iqlim təhlükəsizliyi, nəqliyyatın rəqəmsallaşdırılması və informasiya sahəsində təcrübə mübadiləsinə həsr olunmuş bir sıra tədbirlər təşkil olunub.

O əlavə edib ki, ilin qalan hissəsində fərdi məlumatların qorunması üzrə ixtisaslaşmış təlim proqramlarının hazırlanması, dayanıqlı nəqliyyat infrastrukturu və ekoloji təmiz mobilliklə bağlı təşəbbüslərin davam etdirilməsi nəzərdə tutulur.

“Biz bunların heç birini sadəcə innovativ təşəbbüs kimi qiymətləndirmirik. Bunlar institusional mexanizmlərin və milli potensialın uzunmüddətli inkişafına aparan addımlardır”, – Saməddin Əsədov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR