Bank Of Baku

Ötən il gömrük xətti ilə büdcə daxilolmaları 6.6 mlrd. manatı ötüb

Ötən il gömrük xətti ilə büdcə daxilolmaları 6.6 mlrd. manatı ötüb
# 17 yanvar 2025 14:52 (UTC +04:00)

2024-cü il ərzində Azərbaycanda gömrük xətti ilə büdcə daxilolmaları əvvəlki illə müqayisədə 4.9% artaraq 6 milyard 648 milyon 703 min manata çatıb.

"APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 1 milyard 790,749 milyon manat (əvvəlki illə müqayisədə 10% çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 4 milyard 609,130 milyon manat (3.7% çox), aksizlər üzrə daxilolmalar 204,373 milyon manat (8.9% az), yol vergisi üzrə daxilolmalar isə 44,449 milyon manat (3.8% çox) təşkil edib.

Qeyd edək ki, ötən il Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları proqnozu 6,4 milyard manat idi. Beləliklə, ötən il gömrük büdcə daxilolmaları proqnozdan 3.9% artıq icra edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR