Bank Of Baku

“PAŞA Bank” Naxçıvanda günəş enerjisi layihəsinə 8,5 mln. manat ayırıb

“PAŞA Bank”ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev

© APA | “PAŞA Bank”ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev

# 18 sentyabr 2026 15:37 (UTC +04:00)

“PAŞA Bank” Naxçıvanda həyata keçirilən “Şəms-1” Günəş Elektrik Stansiyası layihəsinin maliyyələşdirilməsinə 8,5 milyon manat vəsait ayırıb.

APA-Economics” xəbər verir ki, bunu “PAŞA Bank”ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bankın 2026-cı ilin ilk yarısının nəticələrinə həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bank layihənin əsas və yeganə maliyyə tərəfdaşıdır. Layihə çərçivəsində Naxçıvanda 25 MVt gücündə günəş elektrik stansiyasının yaradılması nəzərdə tutulur.

Bəhruz Nağıyev bildirib ki, “PAŞA Bank”ın “yaşıl” kreditlərə ayırdığı ümumi vəsait 36,8 milyon manatdır. Bu portfelin 64,1%-i yaşıl nəqliyyat layihələrinə yönəldilib.

Bəhruz Nağıyev qeyd edib ki, bank yaşıl iqtisadiyyatın və bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsini strateji istiqamətlərindən biri hesab edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR