PAŞA Həyat şirkətinin dəstəyilə Beynəlxalq Sığorta Forumu baş tutub

PAŞA Həyat şirkətinin dəstəyilə Beynəlxalq Sığorta Forumu baş tutub
# 21 iyun 2024 17:12 (UTC +04:00)

Lider həyat sığortası şirkəti olan PAŞA Həyat-ın baş sponsorluğu ilə iyunun 20-21-də Bakıda sayca 10-cu Azərbaycan Beynəlxalq Sığorta Forumu ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) baş tutudu.

Forumun məqsədi yerli sığortaçılarla dünya sığortaçılarının birbaşa kommunikasiyasını gücləndirməkdir.

İki gün davam edən Forumda həyat sığortası və bank kanallarının birgə fəaliyyəti, avtonəqliyyat və sağlamlıq sığortaları, habelə iqlim risklərinin idarə edilməsində sığortanın rolu kimi lokal və qlobal sığorta bazarları üçün aktual olan mövzular ətrafında müzakirələr aparıldı.

PAŞA Həyat şirkətinin İdarə Heyətinin sədri Niyaz İsmayılov "Bancassurance" panelində çıxış edərək, bankassurance modelinin yeni trendlərə uyğun olaraq məhz müştəri mərkəzli yanaşmalar əsasında yaradılması və bu prosesdə rəqəmsallaşmanın önəmi haqda ətraflı danışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR