Bank Of Baku

Qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 13%-dən çox artıb

Qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 13%-dən çox artıb
# 10 dekabr 2021 10:30 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7,962 mlrd. manat vergi daxil olub.

"APA-Economics"in İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən verdiyi məlumata görə, proqnoza 121% əməl olunub və ötən ilin eyni dövrünün faktiki göstərici ilə müqayisədə vergi daxilolmaları 15,7% və ya təqribən 1,1 mlrd. manat artıb.

Qeyd edək ki, hesabat dövründə qeyri-neft sektorundan daxilolmalar 5,870 mlrd. manat təşkil edib və proqnoza 114,8% əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 13,5% və ya 697,3 mln. manat artıb.

Qeyri-neft sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,6% artaraq 4,440 mlrd. manat təşkil edib. Regionlar üzrə daxilolmalar 866,6 mln. manat olmaqla, proqnoz 114,3% icra edilib, ötən illə müqayisədə bu mənbədən daxilolmalar 9,3% artıb.

Ödənilən vergilərin 73,7%-i qeyri-neft, 26,3%-i isə neft-qaz sektorunun payına düşüb. Ötən ilin eyni dövründə bu nisbət 75,2% və 24,8%-ə bərabər idi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR