Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb
# 16 iyul 2024 14:08 (UTC +04:00)

2024-cü ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə vergi daxilolmaları 8 milyard 282 milyon 38,9 min manat təşkil edib. Dövlət büdcəsinə proqnozdan əlavə 1 milyard 53,4 milyon manat vəsait daxil olub.

Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanıda Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Qeyd edilib ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 874,7 milyon manat təşkil edib. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 675,3 milyon manat və ya 13% artıb.

Ödənilən vergilərin 70.9%-i qeyri-neft-qaz sektorunun, 29,1%-i isə neft-qaz sektorunun payına düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR