Bank Of Baku

Rabitəbankda “Green Friday” fürsəti - 70 000 AZN-dək kredit, 0% komissiya, 9,5%-dən başlayan faiz dərəcəsi

Rabitəbankda “Green Friday” fürsəti - 70 000 AZN-dək kredit, 0% komissiya, 9,5%-dən başlayan faiz dərəcəsi
# 24 noyabr 2026 13:01 (UTC +04:00)

“Rahat bankçılıq” konsepsiyasını əsas tutan Rabitəbank müştərilərinə daha sərfəli kredit imkanları təqdim edərək “Green Friday” kampaniyasına start verib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, 23–30 noyabr tarixlərini əhatə edən kampaniya çərçivəsində müştərilər 70 000 AZN-dək nağd pul kreditini 0% komissiya və 59 ayadək müddətə əldə edə bilərlər. Kredit müddətindən asılı olaraq illik faiz dərəcələri 12 ayadək 9,5%-dən, 36 ayadək 12,5%-dən, 48 ayadək 13,5%-dən, 59 ayadək isə 14,5%-dən başlayır. Bu şərtlər müştərilərə fərdi maliyyə ehtiyaclarına və ödəniş imkanlarına uyğun kredit müddətini seçmək imkanı yaradır.

Kampaniyanın üstünlükləri yalnız sərfəli kredit şərtləri ilə məhdudlaşmır. Rabitəbank müştərilərinin rahatlığını nəzərə alaraq kreditə müraciət prosesini də sadələşdirib. Belə ki, müştərilər banka gəlmədən, olduqları məkandan asılı olmayaraq, Rabitəbankın rəsmi internet saytı və ya “Rabita Mobile” tətbiqi vasitəsilə onlayn kredit sifarişi verə bilərlər. Bu isə əlavə vaxt itirmədən, bir neçə addımda kredit müraciətini həyata keçirməyə imkan yaradır.

Yalnız 8 gün davam edəcək “Green Friday” kampaniyasından yararlanmaq istəyən hər kəs 30 noyabr tarixinədək Bankın rəsmi internet saytı və “Rabita Mobile” tətbiqindən istifadə edərək və ya Rabitəbankın istənilən filialına yaxınlaşaraq nağd pul krediti üçün müraciət edə bilər. Kampaniyanın şərtləri barədə ətraflı məlumat və onlayn kredit sifarişi üçün
https://rbt.az/npgf linkə keçid etmək kifayətdir.

Rabitəbank sərfəli maliyyə həlləri, rəqəmsal xidmətləri və müştəriyönümlü yanaşması ilə rahat bankçılığı hər kəs üçün daha əlçatan etməyə davam edir.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR